Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu - XXVIII turunun 3 oyunu baş tutub. ONN media xəbər verir ki, səfərdə "Səbail"i minimal hesabla məğlub edən "Sumqayıt" xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. "Sumqayıt" 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. "Zirə" isə səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzub. Bu nəticə ilə 38 xalda qalan "Zirə" 4-cü olub. "Sabah" isə 29 xalla 5-ci pillədəki mövqeyini qoruyub. Son tur autsayderin də adına aydınlıq gətirib. Evdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gələn "Keşlə" sonuncu pillədən xilas olub. "Səbail" mövsümü son sırada başa vurub. Qeyd edək ki, Premyer Liqada cari mövsümə saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Dalğa Arena"dakı görüş çempionun adına aydınlıq gətirəcək. *** Mövsümün son matçı başladı. Bu görüşdə "Qarabağ"a bərabərlik sərf edirsə, "Neftçi" mütləq matçdan qalib ayrılmalıdır ki, çempionluğu təmin etsin. *** "Neftçi"nin hücumçusu Əhməd Əhmədov matçın 91-ci dəqiqəsində hesabı açdı: 1-0. Matçın canlı yayımını BURADAN izləyə bilərsiniz.
"Neftçi" "Qarabağ"a qalib gəlir - CANLI



"Qarabağ"dan möhtəşəm qələbə
"Neftçi" böyük hesabla qalib gəldi
"Neftçi" öz meydanında məğlub oldu
"Sabah" öz meydanında "Səbail"ə məğlub oldu
"Qarabağ" "Zirə" ilə heç-heçə etdi
"Neftçi" "Sumqayıt"la heç-heçə etdi
Derbi bərabərliklə başa çatdı
"Qarabağ" son oyunda xal itirdi
"Qarabağ" "Səbail"i darmadağın etdi
"Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın etdi
"Neftçi" "Zirə"ni darmadağın etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 