Burkino-Fasoda ölənlərin sayı 160 nəfərə çatı

Burkino-Fasoda ölənlərin sayı 160 nəfərə çatı

İyunun 5-nə keçən gecə silahlıların Burkino-Fasonun şimal-şərqində yerləşən Solxan kəndinə hücumu nəticəsində həlak olan dinc sakinlərin sayı 160-a yüksəlib.

ONN media xəbər verir ki, bu barədə France-Press agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

“Ötən sutka biz üç qardaş məzarında 20-si uşaq olmaqla 160 nəfəri dəfn etdik”, - deyə agentliyin həmsöhbəti bildirib.

Ölənlərin sayının artacağı istisna olunmur.

2015-ci ildən bəri Burkino-Fasonun həmin hissəsində silahlıların basqınları zamanı əhali arasında bu qədər böyük qırğın olmayıb. Ölkə hökuməti faciə ilə bağlı üçgünlük milli matəm elan edib.

Son üç ildə Burkino-Faso Qərbi Afrikada terror qruplaşmalarının aktivlik episentrinə çevrilib. Bu müddətdə terrorçular mindən çox dinc vətəndaşları öldürüblər, 1,5 milyondan artıq insan isə zorakılıq səbəbindən evlərini tərk etməyə məcbur olub.

Geri qayıt