İyunun 5-nə keçən gecə silahlıların Burkino-Fasonun şimal-şərqində yerləşən Solxan kəndinə hücumu nəticəsində həlak olan dinc sakinlərin sayı 160-a yüksəlib.
ONN media xəbər verir ki, bu barədə France-Press agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
“Ötən sutka biz üç qardaş məzarında 20-si uşaq olmaqla 160 nəfəri dəfn etdik”, - deyə agentliyin həmsöhbəti bildirib.
Ölənlərin sayının artacağı istisna olunmur.
2015-ci ildən bəri Burkino-Fasonun həmin hissəsində silahlıların basqınları zamanı əhali arasında bu qədər böyük qırğın olmayıb. Ölkə hökuməti faciə ilə bağlı üçgünlük milli matəm elan edib.
Son üç ildə Burkino-Faso Qərbi Afrikada terror qruplaşmalarının aktivlik episentrinə çevrilib. Bu müddətdə terrorçular mindən çox dinc vətəndaşları öldürüblər, 1,5 milyondan artıq insan isə zorakılıq səbəbindən evlərini tərk etməyə məcbur olub.



Bu ölkədə hərbçilər çevriliş etdi
Terakt zamanı ölənlərin sayı kəskin artdı
Əfqanıstanda 4 minə yaxın dinc sakin ölüb
Gəncədə ölənlərin sayı 13-ə çatdı, 40-dan çox yaralı var
Braziliyada daşqınlar oldu- ÖLƏNLƏR VAR
Kütləvi iğtişaşlar davam edir -Ölənlərin sayı 113-ə çatdı
ABŞ-da sel qurbanlarının sayı 26-ya çatdı
İspaniyada daşqın nəticəsində ölənlərin sayı artdı
Qazaxıstanda ölənlərin sayı açıqlandı
Dağıstanda terror: 17 polis öldü, matəm elan olundu
Qəzzada 13 mindən çox insan həlak olub
Qəzzada ölənlərin sayı açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 