Neft niyə kəskin ucuzlaşdı?

Neft niyə kəskin ucuzlaşdı?

Bir bareli 77 dollar olan “Brent” markalı neftin qiyməti 74 dollaradək azalıb. Bu neftin qiymətində son 3 gündə 5 faizə yaxın azalma deməkdir. Dünya bazarında neft qiymətinin birdən-birə bu qədər azalmasının əsas səbəbi OPEK+ ölkələri arasında müşahidə edilən fikir ayrılıqlarıdır.

ONN media bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov son günlər dünya bazarında neftin qiymətinin ucuzlaşması haqda danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, qlobal vaksinasiya səviyyəsinin genişlənməsi, yay aylarında inkişaf etmiş ölkələrdə, xüsusən də Birləşmiş Ştatlarda daxili səfərlər səbəbindən benzinə tələbin artması enerji bazarında qiymətlərin xeyrinə işləyən mövsümi faktorlardandır:

“Amma bütün hallarda neft bazarında volatilliyin davam edəcəyi şübhəsizdir. Enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir. Əksər neft ölkələri üçün 1 barrel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı son volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır".

Geri qayıt