Bir bareli 77 dollar olan “Brent” markalı neftin qiyməti 74 dollaradək azalıb. Bu neftin qiymətində son 3 gündə 5 faizə yaxın azalma deməkdir. Dünya bazarında neft qiymətinin birdən-birə bu qədər azalmasının əsas səbəbi OPEK+ ölkələri arasında müşahidə edilən fikir ayrılıqlarıdır.
ONN media bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov son günlər dünya bazarında neftin qiymətinin ucuzlaşması haqda danışarkən deyib.
Millət vəkilinin sözlərinə görə, qlobal vaksinasiya səviyyəsinin genişlənməsi, yay aylarında inkişaf etmiş ölkələrdə, xüsusən də Birləşmiş Ştatlarda daxili səfərlər səbəbindən benzinə tələbin artması enerji bazarında qiymətlərin xeyrinə işləyən mövsümi faktorlardandır:
“Amma bütün hallarda neft bazarında volatilliyin davam edəcəyi şübhəsizdir. Enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir. Əksər neft ölkələri üçün 1 barrel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı son volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır".



Dünya bazarında neftə tələb artdı - Ekspert
Rusiyaya ağır qadağa gəlir: Bakı da qazanacaq…
Neftin qiyməti ilə bağlı şad xəbər
Neftin qiyməti qalxdı
Neft 8 ildə ilk dəfə 95 dollara çatdı
Neftin qiyməti maaş, pensiya, müavinət və təqaüdlərə təsir göstərəcək? - AÇIQLAMA
Dünya bazarında neft qiymətləri dəyişib
Neftin son qiyməti açıqlandı
Neftin qiymətindən NƏ XƏBƏR?
Dünya bazarında neft qiymətləri artıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 