Azərbaycan əhalisinin 26,2 faizini uşaqlar təşkil edir

Vətən müharibəsi nəticəsində qazalanılan qələbə Azərbaycan uşaqları üçün yeni dönəmin başlanğıcıdır və onların müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova V Ümumrespublika Forumunda çıxışı zamanı deyib. O bildirib ki, forumlar uşaq hüquqlarının qorunması və təbliği, qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların fikirlərinin nəzərə alınması, uşaq iştirakçıllğının təmin edilməsi baxımından vacib platformaya çevrilib:
"Azərbaycan əhalisinin 26,2 faizini uşaqlar təşkil edir. Dövlət-uşaq siyasətinin reallaşdırılması istiqamətində güclü qanunvericilik bazası mövcuddur və bu istiqamətdə təkmilləşdirilmə aparılır. Sonuncu forumun keçirildiyi 2017-ci ildən bu günə qədər uşaq hüquqlarının müdafiəsi sahəsində nəzərəçarpacaq təkmilləşdirmələr aparılıb. Ötən forumda qaldırılan məsələlər dövlətin diqqətində olub və istiqamətdə işlər aparılıb".