Bakı hərbi gücü ilə Paşinyanı buna məcbur etdi - MİLLƏT VƏKİLİ

Bakı hərbi gücü ilə Paşinyanı buna məcbur etdi - MİLLƏT VƏKİLİ

Bakının diplomatik hücumları və beynəlxalq təşkilatlara təzyiqi İrəvanı danışıqlar masasına qayıtmağa məcbur etdi. ONN media xəbər verir ki, bu sözləri  açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, bununla da Paşinyanın Ermənistanı işğal siyasəti məsuliyyətindən kənarda saxlamaq cəhdləri iflasa uğradı: “Paralel olaraq Azərbaycan təmas xəttində genişmiqyaslı hərbi təlimləri ilə siyasi, hərbi qüdrətini bir daha Ermənistana nümayiş etdirdi. Nəhayət, Paşinyan danışıqlara qayıtmayacağı təqdirdə, bunun alternativinin müharibə olacağını anladı. Ermənistan və onun havadarlarının indiki şəraitdə Azərbaycanla uzunmüddətli müharibə aparmaq imkanı yoxdur. Çünki ölkəmiz və iqtisadiyyatımız dinamik inkişaf edir”. Millət vəkili qeyd edib ki, Azərbaycanın əlindəki mövcud güclü hərbi texnika da erməni tərəfinə danışıqların zəruriliyini anlamaqda kömək etdi: “Paşinyanı hakimiyyətə gətirən xalq çox yaxşı bilir ki, danışıqlardan imtina birbaşa müharibə ilə nəticələnəcək. Bu mənada Paşinyan doğru seçim etdi. Ən doğru seçim isə substantiv danışıqlar başlayan zaman olacaq. Ümid edirik ki, gec də olsa, işğalçı Ermənistan bunun ən düzgün qərar olduğunu anlayacaq və növbəti addımı atacaq”.

Geri qayıt