Bakının diplomatik hücumları və beynəlxalq təşkilatlara təzyiqi İrəvanı danışıqlar masasına qayıtmağa məcbur etdi. ONN media xəbər verir ki, bu sözləri açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, bununla da Paşinyanın Ermənistanı işğal siyasəti məsuliyyətindən kənarda saxlamaq cəhdləri iflasa uğradı: “Paralel olaraq Azərbaycan təmas xəttində genişmiqyaslı hərbi təlimləri ilə siyasi, hərbi qüdrətini bir daha Ermənistana nümayiş etdirdi. Nəhayət, Paşinyan danışıqlara qayıtmayacağı təqdirdə, bunun alternativinin müharibə olacağını anladı. Ermənistan və onun havadarlarının indiki şəraitdə Azərbaycanla uzunmüddətli müharibə aparmaq imkanı yoxdur. Çünki ölkəmiz və iqtisadiyyatımız dinamik inkişaf edir”. Millət vəkili qeyd edib ki, Azərbaycanın əlindəki mövcud güclü hərbi texnika da erməni tərəfinə danışıqların zəruriliyini anlamaqda kömək etdi: “Paşinyanı hakimiyyətə gətirən xalq çox yaxşı bilir ki, danışıqlardan imtina birbaşa müharibə ilə nəticələnəcək. Bu mənada Paşinyan doğru seçim etdi. Ən doğru seçim isə substantiv danışıqlar başlayan zaman olacaq. Ümid edirik ki, gec də olsa, işğalçı Ermənistan bunun ən düzgün qərar olduğunu anlayacaq və növbəti addımı atacaq”.
Bakı hərbi gücü ilə Paşinyanı buna məcbur etdi - MİLLƏT VƏKİLİ



"Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir" - Politoloq
Bakı müharibəyə hazırlaşır?
"Azərbaycan ordusu gücləndirilir" — Deputat
Deputat - Paşinyan bu iddialarla sübut etdi ki...
Prezident elan etdi: Qarabağda müharibə...
Türkiyədə millət vəkili vəfat etdi
Sadiq Qurbanov Türkiyəli həmkərlarına təşəkkür etdi
Millət vəkili: Paşinyan öz övladını siyasi alətə çevirib
Deputatlar özləri üçün ömürlük pasport istədi
"Paşinyanın hərəkətləri erməni xalqına yaxşı heçnə vəd etmir"
Paşinyan Qarabağa niyə gedib?- AÇIQLAMA
“Azərbaycanın öz müstəqil dəsti-xətti var” - ŞƏRH
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 