ONN İnformasiya Agentliyi

72 yaşında universitetdən məzun oldu- FOTOLAR

72 yaşında universitetdən məzun oldu- FOTOLAR
27 Noyabr 2017 - 12:38

Kipr qazisi, keçmiş hərbiçi Mehmet Yılmaz Pekkaya 67 yaşında daxil olduğu Ankara Universiteti İlahiyyat Fakültəsindən 72 yaşında məzun olub.

ONN media xəbər verir ki, Pekkaya gəncikən litseyi bitirdikdən sonra ali təhsil almaq üçün imtahan verib. O Hərbi Aviasiya Məktəbi ilə yanaşı Ankara Universiteti İlahiyyat fakültəsinidə oxumaq hüququ qazanıb. Atasının istəyi ilə Hərbi Avisasiya Məktəbini seçən Pekkaya İlahiyyat Fakültəsindən də qeydiyyatdan keçib.

Hərbi məktəbi bitirdikdən sonra hərbiçi olan Pekkaya palkovnik-leytnat rütbəsinə qədər yüksəlib. Yaşlanıb təqaüdə çıxdıqdan sonra keçmiş haqqından istifadə edərək Ankara Universitetinə yenidən baş vurub. Bununla da o 67 yaşında Ankara Universitetinin İlahiyyat Fakultəsində oxumaq üçün yenidən tələbələrlə eyni sırada oturub. 72 yaşında arzularındakı universitetdən məzun olub.

Əzmi və uğurlarıyla bir çox insana nümunə olan yaşlı adam hazırda özünü xeyriyyə işlərinə və kitab yazmağa həsr edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png