ONN İnformasiya Agentliyi

Azərbaycan pasportu ilə bu ölkələrə vizasız getmək olar- SİYAHI

Azərbaycan pasportu ilə bu ölkələrə vizasız getmək olar- SİYAHI
08 Dekabr 2017 - 11:59

Azərbaycan vətəndaşlarının pasport ilə vizasız gedə biləcəyiniz ölkələrin siyahısı açıqlanıb.

ONNmedia olke.az-a istinadən xəbər verir ki, bütün təqdim olunan vizasız və ya birbaşa sərhəddə viza verən ölkələrə səyahət etmək üçün hər kəsin yanında qüvvədə olan ümumvətəndaş pasport (Xarici pasport) olmalıdır.

Oxuculara Azərbaycan vətəndaşlarının vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər edə biləcəkləri ölkələri təqdim edirik. Siyahıdakı ölkələrin qarşısında (sərhəddə) qeydi olarsa, demək həmin ölkəyə gedərkən viza sərhəddə təqdim edilir.

Avropa:

Albaniya, Belarus, Bosniya və Herseqovina, Gürcüstan, Makedoniya, Moldova, Çernaqoriya (Monteneqro), Rusiya, Türkiyə, Ukrayna.

Asiya:

İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Malayziya, Fələstin, Qətər, Tacikistan, Özbəkistan, Banqladeş (sərhəddə), Kamboca (sərhəddə), İordaniya (sərhəddə), Laos (sərhəddə), Livan (sərhəddə), Makao (sərhəddə), Maldiv (sərhəddə), Nepal (sərhəddə), Şərqi Timir (sərhəddə).

Karib dənizi, Mərkəzi və Cənubi Amerika:

Antiqua və Barbuda, Baham adaları, Barbados, Kolumbiya, Ekvador, Haiti, Sent – Vinsent və Qrenadin Boliviya (sərhəddə), Dominika (sərhəddə), Yamayka (sərhəddə), Nikaraqua (sərhəddə).

Afrika:

Namibiya (sərhəddə), Kabo – Verde (sərhəddə), Komor (sərhəddə), Fildişi sahili (sərhəddə), Cibuti (sərhəddə), Qvineya-Bisau (sərhəddə), Madaqasqar (sərhəddə), Malavi (sərhəddə), Mavritaniya (sərhəddə), Mavriki (sərhəddə), Mozambik (sərhəddə), Seyşell (sərhəddə), Tanzaniya (sərhəddə), Toqo (sərhəddə), Uqanda (sərhəddə), Zimbabve (sərhəddə).

Okeaniya:

Mikroneziya, Vanuatu, Marşall adaları (sərhəddə), Palau (sərhəddə), Samoa (sərhəddə), Tuvalu (sərhəddə).

Xatırladaq ki, viza (lat. — icazə) — xarici pasportda və ya pasportu əvəz edən hər hansı digər sənəddə xüsusi icazə yazısıdır. Viza sahibinin ölkəyə girişi və orda qalması hüququnu təsdiq edir. Səlahiyyətli dövlət orqanları tərəfindən, adətən Konsulluq şöbələri, bəzi hallarda isə immiqrasiya xidmətləri tərəfindən birbaşa sərhəddə — aeroportda verilir. Viza adətən saxtalaşdırılmadan qorunmuş yapışgan kağız formasında, bəzi hallarda isə möhür formasında olur. Vizada növbəti qeydlər olur: vizanın qüvvədə olduğu müddətdə onun sahibinin qala biləcəyi ölkə və ya ölkələr; girişin ilk günü və qalmanın son günü tarixi; verilmə yeri və tarixi; vizanın növü yazılır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png