ONN İnformasiya Agentliyi

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
08 Dekabr 2017 - 21:53

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyi təsdiq edib. 

ONNmedia  xəbər verir ki, məcəllənin 127-2.3-cü maddəsində “müddətinin bitməsinə 1 saat qalmış” sözləri “müddəti bitdikdən sonra 1 saat ərzində” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, 127-2-ci maddə avtomobillərin parklanmasıa görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilmiş müddətdən artıq istifadə edən əlavə ödənişin edilməməsi, habelə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılması ilə əlaqədar inzibati xəta hadisəsini nəzərdə tutur. Qeyd olunur ki, bir parklanmada 24 saatlıq müddətinin bitməsinə 1 saat qalmış nəqliyyat vasitəsinin istifadəçisinə xəbərdarlıq edilməlidir. Dəyişikliyə əsasən, 24 saatlıq müddət başa çatandan sonra avtomobil sahibinə məlumat verilməsi nəzərdə tutulur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png