ONN İnformasiya Agentliyi

Azadlıq prospektində tıxaca səbəb olan 2800-dən çox sürücü cərimələndi – FOTO

Azadlıq prospektində tıxaca səbəb olan 2800-dən çox sürücü cərimələndi – FOTO
09 Dekabr 2017 - 21:27

Bakıda Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində uzunluğu bir neçə kilometrə çatan böyük tıxac əmələ gəlib.

ONNmedia xəbər verir ki, artıq bir aya yaxındır mütəmadi olaraq təkrarlanan hadisəyə prospektin Binəqədi kəndi istiqamətində olan hissəsində aparılan əsaslı təmir-tikinti işləri ilə yanaşı bir çox sürücünün yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn avtomobillərin hərəkətini əngəlləəməsi səbəb olur.

Hadisə yerində xidmət aparan Yol Patrul Xidməti müfəttişinin "Report"a verdiyi məlumata görə, gün ərzində Azadlıq prospektinin Novxanı qəsəbəsi istiqamətində olan hissəsində əks yola çıxan 2800-dən çox avtomobil müşahidə kameralarına düşüb. Onun sözlərinə görə, yol hərəkəti qaydasını kobud şəkildə pozan sözügedən sürücülər barəsində 100 manat 4 bal olmaqla protokol tərtib olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png