ONN İnformasiya Agentliyi

Çində işçi həmkarını hidravlik preslə sıxaraq öldürüb – VİDEO

Çində işçi həmkarını hidravlik preslə sıxaraq öldürüb – VİDEO
12 Noyabr 2017 - 14:51
Çində işçi həmkarını hidravlik preslə sıxaraq öldürüb.
ONN media xəbər verir ki, baş verən hadisə müşahidə kamerasına düşüb.
Kadrlardan görünür ki, hər iki işçi əvvəlcə hansısa materialı qurğuya yerləşdirir. Daha sonra onlardan biri idarəetmə pultuna doğru gedir. Həmin zaman digər işçi qurğuda nəyisə səhmana salmaqda davam edir. O, presin üzərinə düşdüyünü dərhal görmədiyindən vaxtında kənara çəkilməyə macal tapmır.
Pultu işə salan əməkdaş səhvini gördükdə gec olub. Onun həmkarında artıq həyat əlamətləri olmayıb.
İstintaq hazırda hadisənin qəsdən və ya təsadüfən baş verməsinə dair şübhələri araşdırır.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png