ONN İnformasiya Agentliyi

Mövlud Çavuşoğlu hadisə ilə bağlı başsağlığı verib

Mövlud Çavuşoğlu hadisə ilə bağlı başsağlığı verib
11 Fevral 2018 - 22:59

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

ONN media Trend-ə istinadən bildirir ki, Çavuşoğlu başsağlığını Rusiyalı həmkarı Sergey Lavrova telefon danışığı zamanı verib.

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png