ONN İnformasiya Agentliyi

Elman Rüstəmovun əhaliyə müraciəti

Elman Rüstəmovun əhaliyə müraciəti
12 Fevral 2018 - 12:05

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov kriptovalyutalarla bağlı Azərbaycan əhalisinə müraciət edib.

ONN media APA-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib ki, son hadisələr kriptovalyutaların olduqca volatilliyi olan alət olduğunu göstərib.

"Düşünürəm ki, bu volatillik davam edəcək. Azərbaycan əhalisini diqqətli olmağa çağırıram. Bu, çox riskli əməliyyatdır. Çünki, burada nə tənzimləmə rejimi var, nə də buna cavabdeh olan hər hansı bir təşkilat. Bu məsələ ilə bağlı olduqca diqqətli olmaq lazımdır", – deyə E.Rüstəmov vurğulayıb. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png