ONN İnformasiya Agentliyi

Həccə gedəcək zəvvarlara YENİ QADAĞA

Həccə gedəcək zəvvarlara YENİ QADAĞA
16 Fevral 2018 - 12:26

Azərbaycandan bu il Həcc ziyarətinə yollanacaq zəvvarlara ziyarət zamanı qrafikdən, xüsusilə Məkkədən kənara çıxmaq yasaqlanıb.

ONN media APA-ya istinadən xəbər verir ki, Bu, zəvvarlarla ziyarət barədə imzalanan müqavilədə əks olunub.

Şərtlərə görə zəvvar qrafikdən, o cümlədən Məkkə şəhərindən kənara çıxmamalıdır. Əks halda kəffarə ödəməli olacaqlar. O da müqavilədə bildirilir ki, zəvvarın qanuna zidd əməlinə görə təşkilatçı (Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məsuliyyət daşımır.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 dollardır. Həcc ziyarətini Azərbaycanda rəsmi olaraq yalnız QMİ təşkil edir. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png