ONN İnformasiya Agentliyi

15 yaşlı qız səssiz ölümün qurbanı oldu

15 yaşlı qız səssiz ölümün qurbanı oldu
22 Fevral 2018 - 12:24

Hadisə rayonun 2-ci alatava qəsəbəsində qeydə alınıb.

ONN media-nın xəbərinə görə, 2003-cü il təvəllüdlü Qabulova Çimnaz Elşən qızı mənzilin hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib. Hadisə vaxtı 15 yaşlı qızın valideyinləri evdə olsalar da, faciə barədə gec xəbər tutublar. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar. 

Yeniyetmənin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png