ONN İnformasiya Agentliyi

Müdafiə Naziri Minsk şəhərinə səfər edib

Müdafiə Naziri Minsk şəhərinə səfər edib
22 Fevral 2018 - 13:17

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfərə gedib.

ONN media-nın MN-nin saytına istinadən verdiyi məlumata görə, belaruslu həmkarı, general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Bundan əlavə, Z. Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png