ONN İnformasiya Agentliyi

Türkiyə və Rusiya prezidentləri Ankarada görüşəcəklər

Türkiyə və Rusiya prezidentləri Ankarada görüşəcəklər
14 Mart 2018 - 13:19

"Rusiya ilə regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə mövcuddur".

ONN media APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib. O, iki ölkənin dövlət başçılarının dövlətlərarası münasibətlərin və regional problemlərin həllində ortaq iradə göstərdiklərini söyləyib. M. Çavuşoğlu aprelin 3-də Ankarada dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini açıqlayıb: "Bugünki görüş də məhz bu toplantının keçirilməsinə hazırlıq məqsədi daşıyır".  

Nazir iki ölkə arasında bütün sahələrdəki münasibətlərin inkişafını müzakirə edəcəklərini söyləyib: "Təbii ki, ikitərəfli münasibətlərdən başqa, regional problemlərin həlli yollarını da müzakirə edəcəyik. Regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə var. Sizin də qeyd etdiyiniz kimi, bölgəmizdə təkcə Suriya problemi mövcud deyil. Digər problemlər də mövcuddur. Bu problemlər barəsində fikir mübadiləsi aparacağıq". 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png