ONN İnformasiya Agentliyi

DTX əməkdaşları ağacəkmə aksiyası keçiriblər

DTX əməkdaşları ağacəkmə aksiyası keçiriblər
17 Mart 2018 - 21:05

ONN media xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları martın 17-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və Novruz bayramı ərəfəsində Bakı şəhərinin Bilgəh qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçiriblər.

DTX-nın mətbuat xidmətindən verilən məlumata görə, bir hektar yarım ərazidə şəhər şəraitində əkilib-becərilməsi həm dekorativlik, həm də ekoloji baxımdan məqbul hesab edilən şam, tuya, göyrüş və digər müxtəlif növ, ümumilikdə 400-ə qədər ağac əkilib.

Doğma yurdumuzun füsunkar təbiətinin və təmiz ekoloji mühitinin qorunması və sağlamlaşdırılması işinə töhfə verilməsi istiqamətində DTX-nin əməkdaşları tərəfindən ağcəkmə aksiyaları bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png