ONN İnformasiya Agentliyi

Moldova prezidenti: “Azərbaycanda keçirilən qlobal dialoqlar beynəlxalq gərginliklərin azaldılmasına töhfə verir”

Moldova prezidenti: “Azərbaycanda keçirilən qlobal dialoqlar beynəlxalq gərginliklərin azaldılmasına töhfə verir”
17 Mart 2018 - 21:36

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən keçirilən VI Qlobal Bakı Forumunun bağlanış mərasimi keçirilib.

ONN media APA-ya istinadən xəbər verir ki, mərasimdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eks-prezidentlər və eks-baş nazirlər, siyasətçilər iştirak edib.

Çıxış edən NGBM həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa forumun uğurla işini başa vurduğunu və builki forumun əvvəlki forumlardan daha məhsuldar keçdiyini bildirib.

Moldova prezidenti İqor Dodon üçgünlük forumun olduqca yüksək səviyyə keçdiyini bildirib: “Forumun təşkilatçılığına görə və məni dəvət etdiklərinə görə başda dostum Azərbaycan prezidenti cənab İlham Əliyev olmaqla bütün təşkilatçılara minnətdarlığımı bildirirəm. Forumda müzakirə olunan mövzuların qlobal əhəmiyyətini nəzərə alsaq,  baş tutan dialoqlar olduqca səmərəli, məhsuldar oldu. Dialoq bütün hallarda şans verir ki, bütün mövzular üçün gərginlik aradan qalxsın. Azərbaycanda baş tutan qlobal dialoqlar beynəlxalq gərginliklərin azaldılmasına töhvə verir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png