ONN İnformasiya Agentliyi

BMT İsrailə qarşı qətnamə qəbul edib

BMT İsrailə qarşı qətnamə qəbul edib
18 May 2018 - 23:01

BMT-nin İnsan haqları şurasında Qəzza zolağında etirazçıların qətli ilə bağlı faktların dərhal müstəqil şəkildə araşdırılmasını tələb edən qətnamə qəbul olunub.

ONN media xəbər verir ki, bu barədə “Newsru.co.il” məlumat yayıb.

Qətnamənin lehinə 29 ölkə səs verib. 14 ölkə bitərəf qalıb. ABŞ və Avstraliya isə qətnamənin əleyhinə səs verib.

Şura İsrail dövlətini Qəzzadakı mülki etirazçılara qarşı əsassız şəkildə silah tətbiq etməkdə, həmçinin BMT qətnamələri və beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda ittiham edib.

İnsan haqları pozuntuları ilə bağlı komissiya Qəzza-İsrail sərhədində mülki etirazçılara qarşı bütün zorakılıq faktlarını araşdırmaq niyyətindədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png