ONN İnformasiya Agentliyi

Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 113 nəfər olub – YENİLƏNİB

Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 113 nəfər olub – YENİLƏNİB
18 May 2018 - 23:14

Kubanın paytaxtı Havanada qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.

ONN media bildirir ki, təyyarə havaya qalxdıqdan sonra Xose Mari hava limanı yaxınlığında yerə çırpılıb.

Yerli “Granma” qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb. Onların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

***

21:55

Kubada Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

ONN media bildirir ki, "Cubana de Aviacion" şirkətinə məxsus təyyarə səmaya qalxdıqdan sonra yerə düşüb. Hələlik ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edilir ki, təyyarədə təxminən 100 nəfər olub. Hadisə yerinə təcili yardım avtomobilləri və yanğınsöndürmə xidməti cəlb edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png