ONN İnformasiya Agentliyi

Rusiya Ermənistana qarşı tədbir görəcək

Rusiya Ermənistana qarşı tədbir görəcək
19 May 2018 - 17:48

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı ilə Assosiasiya müqaviləsi imzalayan ölkələrin liderlərinin görüşünə dəvət alıb.

ONN media xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti diplomatik mənbələrə istinadən yazır.

Mənbənin məlumatına əsasən, dəvətdən əlavə Paşinyana görüşdə həmsədr qismində çıxış etmək təklif olunur. Görüşün harada və nə vaxt keçiriləcəyi barədə məlumat yoxdur.

Qeyd edək ki, Ermənistan Assosiasiya barədə müqavilə imzalayıb, lakin 2017-ci ilin noyabrında Avropa İttifaqı ilə Müttəfiqlik barədə razılığa gəlib, və bu sənəd Avropa Parlamentinin xarici işlər üzrə komitəsi tərəfindən təsdiqlənib. Siyasi-iqtisadi, maliyyə və humanitar məsələlərdə geniş sahəni əhatə edən müqavilə müddətsizdir.

Razılıq Aİ-yə üzv olan 28 ölkə və Ermənistan tərəfindən ratifikasiya ediləndən sonra qüvvəyə minəcək. 

Paşinyanın Qərb siyasətçiləri ilə bir masaya əyləşməsi Rusiya tərəfindən birmənalı qarşılanmır. Politoloqların fikrincə, Paşinyan bundan sonra da Moskvadan uzaqlaşsa Rusiya Ermənistana qarşı ciddi tədbirlər görə bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png