ONN İnformasiya Agentliyi

Ərdoğana qarşı SUİ-QƏSD İDDİASI

Ərdoğana qarşı SUİ-QƏSD İDDİASI
19 May 2018 - 22:12

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bosniya və Herseqovinaya səfəri öncəsi kəşfiyyat təşkilatlarına Balkanlarda bir qrup türk əsilli vətəndaşın sui-qəsd hazırlığı görməsi ilə bağlı informasiya daxil olub.

Sui-qəsd xəbəri ilə bağlı detallı istintaq işlərinin davam etdiyi bildirilib. Hazırda sui-qəsdin təşkil edildiyi yer, zaman, planlaşdırılan sui-qəsdin metodu barədə dəqiq məlumat olmadığı, kəşfiyyat təşkilatlarının məsələnin araşdırılması zamanı koordinasiya içərisində hərəkət etdiyi və informasiya mübadiləsində olduqları qeyd edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png