ONN İnformasiya Agentliyi

Cümhuriyyətin 100 illik yubileyi Xocavənd rayonunda təntənəli şəkildə qeyd edilir

Cümhuriyyətin 100 illik yubileyi Xocavənd rayonunda  təntənəli şəkildə qeyd edilir
26 May 2018 - 14:32

Xocavənd Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Əfsanə Quliyeva ONN media-ya bildirib ki, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 ilik yubileyinin qeyd edilməsi barədə" Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq  rayonun bütün idarə, müəssisə və təşklatlarında, ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir.
Rayon ümumtəhsil  məktəblərində inşa və rəsm müsabiqələri, idman yarışları, Xəmsə milli-intellektual oyunu, Ədəbiyyat və tarix gecələri keçirilmişdir. Keçirilən  tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılması, onlarda tarixin salnaməsində iz qoyub getmiş, dövlətçilik ənənələrini formalaşdırmış Azərbaycan Xalq Cümhuriyyətinin dəyərinin çatdırılmasıdır.
Tuğ kənd uşaq musiqi məktəbində bayram konserti keçirilmişdir. Konsertdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov, ziyalılar, valideynlər və məktəbin kollektivi iştirak etmişdir. Tədbirdə şagird və müəllimlərin ifasında Azərbaycan və Qərb bəstəkarlarından ifalar səsləndirildi. Sonda "Xocavənd rayonunda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə" bir neçə müəllim Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
 320 qəsəbədə yerləşən Rayon Musiqi məktəbinin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinə imza atmış iki tuğlu şəxsiyyət Cavad bəy Məlikyeqanov və Xudadat bəy Məlikaslanovun həyat və siyasi fəaliyyətini əks etdirən "Bir kəndin övladları" adlı video-çarxın təqdimat mərasimi olmuşdur.
 Xocavənd qəsəbəsindəki Bayraq meydanında Xalq Cümhuriyyətinə həsr olunmuş flaşmob və bayram konsert təşkil edilmişdir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Cümhuriyyətin 100 illik yubileyi Xocavənd rayonunda təntənəli şəkildə qeyd edilir
Cümhuriyyətin 100 illik yubileyi Xocavənd rayonunda təntənəli şəkildə qeyd edilir

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png