ONN İnformasiya Agentliyi

Azərbaycan neftinin QİYMƏTİ

Azərbaycan neftinin QİYMƏTİ
04 İyul 2018 - 2:48

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,23 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 1,3 dollar dollar/barel azdır.

ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 2-də 78,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 2-də 75,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 2-də 76,65 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,25 dollar/barel azdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png