ONN İnformasiya Agentliyi

Bu ölkə Azərbaycanda ticarət nümayəndəliyini açacaq

Bu ölkə Azərbaycanda ticarət nümayəndəliyini açacaq
07 İyul 2018 - 22:24

Polşa 2018-ci ildə Azərbaycanda ticarət nümayəndəliyini açmaq niyyətindədir.

ONN media xəbər verir ki, bu barədə Trend-ə Polşanın Xarici İşlər naziri Yaçek Kşiştof Çaputoviç müsahibəsində bildirib.

Bu il biz Bakıda ticərət nümayəndəliyinin ofisini açmağı planlaşdırırıq. Bu Polşa İnvestisiya və Ticarət Təşkilatı (PAIH) nəzdində fəaliyyət göstərən filial olacaq. Mən əminəm ki, bu ticarət nümayəndəliyi ticarət və qarşılıqlı investisiyaların daha da artmasına təkan verəcəkdir ", – nazir deyib.

Çaputoviç qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Polşanın çox vacib iqtisadi tərəfdaşıdır.

Nazirin sözlərinə görə, Polşa kənd təsərrüfatı, nəqliyyat, kimya sənayesi, informasiya texnologiyaları, gəmiqayırma, turizm və kiçik elektronika kimi sahələrdə Azərbaycanla əməkdaşlığın inkişafına diqqət yetirməyi planlaşdırır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png