ONN İnformasiya Agentliyi

Azərbaycan neftinin qiyməti

Azərbaycan neftinin qiyməti
16 İyul 2018 - 23:26

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 76,85 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 2,1 dollar/barel çoxdur.

ONN media xəbər verir ki, bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 75,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,04 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlincə, 71,61 dollar/barel təşkil edib ki, bu da  əvvəlki qiymətdən 1,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 74,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,1 dollar/barel çoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png