ONN İnformasiya Agentliyi

Tikinti obyektlərinin istismara qəbulu prosesi asanlaşdırılıb

Tikinti obyektlərinin istismara qəbulu prosesi asanlaşdırılıb
25 Sentyabr 2018 - 9:55

Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən tikinti obyektlərinə verilmiş texniki şərtlər əsasında hazırlanmış elektrik və qaz təchizatı layihələrinin ekspertiza və qeydiyyatı 3 iş günü müddətində həyata keçirilir. Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva ONN media-ya bildirib ki, hazırda istehlakçıların, eləcə də sahibkarların elektrik və qaz təchizatına qoşulması üçün layihələr tikinti-quraşdırma  işlərinə başlamazdanəvvəlrazılaşdırılır. Bu isə həmin obyektlərin istismara qəbuluprosesində yarana biləcək problemlərin vaxtında aradan qaldırılmasına, eyni zamanda ləngimə hallarının qarşısının alınmasına xidmət edir.

Agentliyinin regional bölmələri  tərəfindən 2018-сi ilin yanvar-avqust aylarında enerji təzhizatı üçün 68 layihə razılaşdırılıb. 1127 sayda idarə və müəssisənin  isə qaz təchizatının layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb, 37 sayda layihə-smeta sənədinin  qeydiyyatından imtina  edilib.

Tikinti obyektlərinin elektrik və qaz təsərrüfatlarının istismara qəbulu prosesi də Agentliyin regional bölmələri tərəfindən qanunvericiliyin tələblərinə ciddi əməl edilməklə tam obyektiv və şəffaf şəkildə həyata keçirilir.Belə ki, əvvəlki dövrlərlə müqayisədəelektrik enerjisi və qaz  təchizatı üçün quraşdırılmış qurğuların istismara buraxılması üçün akt alınması prosesi sadələşdirilib,tələb olunan sənədlərin sayı əhəmiyyətli dərəcədə azaldılıb. İstismara buraxılma aktlarının verilmə  müddəti  isə 5 iş gününə endirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png