ONN İnformasiya Agentliyi

Azərbaycandan Rusiyaya BÖYÜK DƏSTƏK

Azərbaycandan Rusiyaya BÖYÜK DƏSTƏK
13 Dekabr 2018 - 18:49

Dekabrın 12-də Rusiya enerji sisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq, saat 08:52-dən 20:51-dək Azərbaycan enerji sistemi Rusiya enerji sisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 MVt gücündə elektrik enerjisi ilə təmin edib.

ONN media -ya "Azərenerji"dən verilən məlumata görə, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım Müqaviləsi” əsasında həyata keçirilib.

Qeyd edək ki, 2018-ci ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə çərçivəsində hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.

Bu xüsusda, elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovatt-saat, Azərbaycandan Rusiyaya ixracın həcmi isə 32,4 milyon kilovatt-saat təşkil edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png