ONN İnformasiya Agentliyi

Rusiyalı ulduza AĞIR İTKİ – VİDEO

Rusiyalı ulduza AĞIR İTKİ – VİDEO
01 İyul 2019 - 22:30

Rusiyanın xalq artisti və pop ulduzu Nikolay Baskova ağır itki üz verib.

ONN media Rusiya mətbuatına istinadən xəbər verir ki, Nikolayın atası Viktor Baskov dünyasını dəyişib.

Sənətçi atasının ölüm xəbərini Minskdə keçirilən II Avropa Oyunlarının bağlanış mərasimində səhnəyə çıxmazdan öncə alıb.

Xəbərdən sarsılan Nikolay səhnədəki çıxışını təxirə salmayıb. O, ağ kostyumunu dəyişərək qara ilə əvəzləyib.

Canlı efirdə həmkarı Oksana Volkova ilə “Time to Say Goodbye” mahnısını səsləndirən Baskovun kədəri arenaya toplaşan tamaşaçıların gözündən yayınmayıb.

Qeyd edək ki, musiqiçinin atası keçmiş hərbçi, polkovnik olub. 67 yaşlı Viktor Baskov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png