ONN İnformasiya Agentliyi

Məşhur müğənni boşandı

Məşhur müğənni boşandı
04 İyul 2019 - 23:47

55 yaşlı rusiyalı müğənni Lolita Milyavskaya 44 yaşlı tennisçi əri Dmitri İvanovdan boşanıb.

ONN media  xəbər verir ki, bu barədə estrada ulduzu instaqram səhifəsində məlumat verib.

Lolita bildirib ki, onlar 9 illik nikahdan sonra razılıqlı şəkildə ayrılmağa qərar verib. Müğənni onu da əlavə edib ki, yeni həyəcan və macəra axtarışına çıxmaq fikrində deyil. Həyatdan tək də zövq almağı bacardığını deyən ifaçı bundan sonra sənəti ilə məşğul olacağını vurğulayıb.

Qeyd edək ki, Dmitri Lolitanın sayca 5-ci həyat yoldaşı olub. Onlar 2010-cu ilin martında evləniblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png