ONN İnformasiya Agentliyi

Alimlər zəfəranın DAHA BİR FAYDASINI açıqladı

Alimlər zəfəranın DAHA BİR FAYDASINI açıqladı
17 Dekabr 2019 - 1:15

Alimlər dünyanın ən bahalı bitkilərindən biri olan zəfəranın depressiyaya qarşı effektiv mübarizə üsulu olduğunu açıqlayıb.

ONN media xəbər verir ki, Avstraliyada aparılan araşdırma depressiyanın müalicəsində zəfəranın müsbət təsirlərini üzə çıxarıb.

Murdok Universitetinin tədqiqatçısı Adrian Loprestinin sözlərinə görə, depressiyanın müalicəsində zəfəranı plasebo ilə birlikdə istifadə edən xəstələrdə simptonların orta hesabla 21-41 faiz azaldığı müşahidə olunub. Lopresti onu da qeyd edib ki, araşdırmada zəfəranın bir çox faydaları üzə çıxıb: “Yuxu keyfiyyətini yaxşılaşdırır, ovqatı yüksəldir, həzz səviyyəsini qaldırır, gündəlik aktivliyi bərpa edir”.

Mütəxəssislər hesab edir ki, müalicədə yalnız zəfəranın istifadəsi kifayət etməyə bilər, daha dəqiq faktlar əldə etmək üçün əlavə tədqiqatların aparılmasına ehtiyac var.

“Qırmızı qızıl” adlandırılan bu bitkinin kq-ı təxminən 3 min dollardır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png