ONN İnformasiya Agentliyi

Xərçəng əleyhinə pəhriz – MENYU

Xərçəng əleyhinə pəhriz – MENYU
17 Dekabr 2019 - 15:24
Alimlər şiş hüceyrələrinə qarşı orqanizmi davamlı edən, metastazları ləngidən, sağlam insanlarda isə xərçəng riskini azaldan, qoruyan qida maddələrini və menyunu hazırlayıblar.
 
Xərçəngi gözləmədən, elə indidən rasionunuza dəyişiklik edin.
ONN media həmin menyunu təqdim edir.
– Şişlərin böyüməsinə qarşı: skumbriya balığı, seld, kələm növləri, fıstıq, püstə, katrof
Bu qidaların hamısında selenium vardır. Bu maddə kanserogen maddələri zərərsizləşdirir
– Zəncəfil – tərkibində qineqrol vardır ki, xərçəngin düşmənidir
– Alma, qara üzüm, pomidor, qırmızı soğan – kversetinlə zəngindir, hüceyrəni DNT səviyyəsində qoruyur. Sərbəst radikalları zərərsizləşdirir, şiş hüceyrələrini onlar yayılmağa başlamadan məhv edir
– Sarıkök – bütün qarnirlərə sarıkök əlavə edin. Ən güclü xərçəng əleyhinə vasitədir.
Bağırsaq, sümük, süd vəzi, prostat vəz xərçəngində effektivdir
– Zeytun yağı – bütün isti və soyuq yeməkləri təmiz sıxılma zeytun yağı ilə hazırlayın.
Bu yağda olan oleokantal xərçəng hüceyrəsinin daxilinə kimi gedib çıxa bilir.
Gündəlik menyuda qidalar bu miqdarda seçilməlidir: 55% karbohidrat, 30% yağ, 15 % zülal
Menyu nümunəsi:
Şorba: balıq, tərəvəz, göbələk, noxud, lobya, mərci
Əsas yemək: təzə salat, buxarda hazırlanmış tərəvəz, balıq, hind quşu, toyuq əti (yağsız)
İçkilər: giləmeyvə kompoty, kefir, ayran, kisel, yaşıl çay
Yağ bazası kimi qoz, fındıq, çərəzlər istifadə edilə bilər.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png