ONN İnformasiya Agentliyi

Sumqayıt-Bakı sürət qatarı ölümə səbəb oldu

Sumqayıt-Bakı sürət qatarı ölümə səbəb oldu
13 Fevral 2019 - 10:58

Sumqayıt-Bakı sürət qatarı piyadanı vuraraq öldürüb.

ONN media xəbər verir ki, hadisə fevralın 13-də səhər saat 07 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Xırdalan sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı “Çexkalon” adlanan ərazidə qatar relsinin üzəri ilə işə gedən zaman Sumqayıtdan Bakıya gələn “Ştabler” markalı sürət qatarı onu vurub və qadın hadisə nəticəsində vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png