ONN İnformasiya Agentliyi

Kürdəmirdə piyadanı maşın vurub – Sürücü qaçdı

Kürdəmirdə piyadanı maşın vurub – Sürücü qaçdı
23 Mart 2019 - 3:42

Kürdəmir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, 2008-ci il təvəllüdlü yerli sakin Əmirov Elmurad Elgün oğlu yolu qarşı tərəfə keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. O, vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png