ONN İnformasiya Agentliyi

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğına görə bu yollar bağlanıb

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğına görə bu yollar bağlanıb
26 Mart 2019 - 11:10

Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yaxın ərazilərdə yollarda hərəkət məhdudlaşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev  məlumat verib.

Onun sözlərinə görə, Q.Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.

“Yanğın səbəbindən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar Çobanzadə küçəsindən keçməklə hərəkət edir”, – deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, Nizamı rayonunda yerləşən “8-ci km bazarı”nda, “Diqlas” ticarət mərkəzinin damında başlayıb. Daha sonra yanğın güclənib və ətraf ərazilərə keçib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Baku.vs

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png