ONN İnformasiya Agentliyi

Sevinc Fətəliyevanın dairəsində 4 məntəqə ləğv edildi

Sevinc Fətəliyevanın dairəsində 4 məntəqə ləğv edildi
19 Fevral 2020 - 16:28

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

ONN media xəbər verir ki, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

Həmin dairədən qeydə alınmış namizəd Rəfullayeva Samirə seçki dairəsi üzrə nəticələrin ləğv edilməsini istəyib. Namizəd bir sıra məntəqələrdə qanun pozuntularının və bununla bağlı videosübutların olduğunu qeyd edib. Araşdırma zamanı məlum olub ki, 12,14,16,18 saylı seçki məntəqələrində seçkinin nəticələrinin etibarsız hesab olunmalıdır.

MSK qərara alıb ki, sözügedən məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png