ONN İnformasiya Agentliyi

Tvitterdən gözlənilməz qərar – Bu hesablar donduruldu

Tvitterdən gözlənilməz qərar – Bu hesablar donduruldu
31 Mart 2020 - 17:08

İranın dini lideri Ayətullah Əli Xameneinin Tvitter hesabları dondurulub.

ONN media  xəbər verir ki, dini liderin bir neçə dildə fəaliyyət göstərən hesablarına daxil olmaq istəyənlər “Hesab dondurulub. Tvitter, Tvitter qaydalarını pozanları dondurur” sözləri ilə qarşılaşıblar.

Xameneinin fars və ingiliscə hesabları qısa müddət sonra açılsa da, ərəb, urdu və fransız dilindəki hesabları hələ də bağlıdır.

Tvitter və Xamenei hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bu, ilk belə hal deyil.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png