ONN İnformasiya Agentliyi

Varikoz xəstəliyinin 6 GİZLİ SİMPTOMU

Varikoz xəstəliyinin 6 GİZLİ SİMPTOMU
06 May 2020 - 3:18

Varikoz xəstəliyi ilk növbədə ayaqlarda göy, şişmiş, genişlənmiş damarlarla assosiasiya olunur. Lakin bu simptomlar xəstəliyin daha gecikmiş mərhələlərində əmələ gəlir.

Əvvəl varikozun ilkin simptomları yaranır. Lakin bir çox insanlar bu simptomlara fikir vermir və ya onları yorğunluq, narahat ayaqqabı və s. kimi səbəblərlə izah edir.

ONN media sizə varikozun ilkin simptomları ilə tanış edir. Sizdə bu simptomlar varsa, vaxt itirmdən fleboloqa müraciət edin. İstənilən digər xəstəlik kimi varikoz da ilkin mərhələlərdə daha asan müalicə olunur.  

Beləliklə, varikozun ilin simptomları bunlardır: 

1. Baldırlarda qaşınma və göynəmə hissi qan dövranının pozulması nəticəsində toxumalarda toksinlər, ziyanlı maddələr toplanmağa başlayır. Bu da qaşınmaya, dərinin nazilməsi və soyulmasına səbəb olur.

2. Əzələlərdə qıcolmalar. Qıcolmalar əsasən gecə saatlarında  xəstəni narahat edir.

3. Ayaqların dərisinin ağarması, dərinin üzərində tünd ləkələr. Bu da çox təhlükəli simptomlardır və damarların keçiriciliyinin pozulmasına işarə edir.

4. Ayaqlarda ağrılar. Belə ağrılar əvvəl uzun müddət ərzində eyni vəziyyətdə qaldıqda inkişaf edir və tez keçir. Daha sonra isə hətta az müddət ərzində ayaq üstə dayananda əmələ gəlir və uzun çəkir.

5. Ayaqlarda keyimə hissi

6. Ödemlər (şişkinlik).Damar qapaqlarının pis işləməsi nəticəsində toxumalarda maye yığılmağa başlayır. Bunun nəticəsində də axşamlar və xüsusilə isti havada ayaqlar şişir.  (Saglamolun.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png