ONN İnformasiya Agentliyi

Bu şəxslər şokolad və şərabdan imtina etsin

Bu şəxslər şokolad və şərabdan imtina etsin
25 İyul 2020 - 15:26

Həkim reseptinə əsasən antidepressant və sedativ dərman qəbul edən xəstələr kakao, şokolad, qırmızı şərab və sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərən digər məhsullardan imtina etməlidir.

Bu barədə Seçenov Universitetinin 3 nömrəli Klinik Xəstəxanasının terapevti Vladimir Beketov “Moskva Şəhər Xəbər” agentliyinə verdiyi müsahibədə danışıb.

Mütəxəssislərin fikrincə, şokolad və şərab tərkibində çox miqdarda kalium və yağ səbəbindən sinir sistemini “həyəcanlandırır”. Həkim həmçinin avokado, banan, pendir, soya və hisə verilmiş ət yeməməyi tövsiyə edib.

“Sadalanan məhsullarda yüksək təzyiqə və baş ağrısına səbəb ola bilən tiramin var”, – Beketov izah edib.

Ekspert əlavə edib ki, şokoladlı məhsullar dərmanların təsirini artırmır, odur ki, gündə 20-40 qrama qədər istifadə etsəniz, daha faydalı olar. Bol olduqda podarqanın inkişafına, sidik turşusunun artmasına və xüsusilə antidepressant qəbul edərkən karbohidrat mübadiləsinə, həzm sisteminə mənfi təsir göstərə bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png