ONN İnformasiya Agentliyi

Nazirlik bu uşaqların valideynləri ilə iş aparacaq

Nazirlik bu uşaqların valideynləri ilə iş aparacaq
04 Avqust 2020 - 12:59

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyi yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası sahəsində də tədbirlər həyata keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən ONN media -ya verilən məlumata görə, qurum xüsusilə də yetkinlik yaşına çatmayanların tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində fərdi profilaktik işlər aparacaq. Bu məqsədlə agentliyin Nizamnaməsində onun üçün konkret istiqamətlər üzrə hüquq və vəzifələr müəyyən edilib.

Publik hüquqi şəxs olan agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə, ailələrə “Sosial xidmət haqqında” Qanunla müəyyən olunmuş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png