ONN İnformasiya Agentliyi

Qartal ABŞ-ın hökumət dronuna hücum etdi

Qartal ABŞ-ın hökumət dronuna hücum etdi
15 Avqust 2020 - 19:22

ABŞ-ın Miçiqan ştatında hökumətin 950 dollarlıq dronu qartal tərəfindən hücuma məruz qalıb. Hücumdan sonra pilotsuz aparatı tapmaq mümkün olmayıb.

ONN media xəbər verir ki, sahil xəttinin kartoqrafiya işləri üçün istifadə edilən EGLE dronu Eskanaba şəhəri yaxınlığında qartalın hücumuna məruz qalıb. Yırtıcı tərəfindən pərləri qoparılan dron Miçiqan gölünə düşüb. Onun axtarışı müsbət nəticə verməyib.

“Hücum elektron rəqiblə ərazi uğrunda mübarizə və ya qartalın ac olması səbəbindən baş verə bilər. Hazırda EGLE komandası təkrar hücum risklərini azaltmağa yönələn tədbirlər üzərində çalışır. Bunun üçün dronun xarici görünüşünün dəyişilməsi imkanları da nəzərdən keçirilir”, – deyə hökumətin bəyanatında bildirilir.   /azərtac/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png