ONN İnformasiya Agentliyi

YAP Siyavuş Novruzovun adını siyahıdan ÇIXARDI

YAP Siyavuş Novruzovun adını siyahıdan ÇIXARDI
25 Avqust 2020 - 11:57

Milli Məclisin deputatı Siyavuş Novruzov məlum toy qalmaqalına görə dünən hakim Yeni Azərbaycan Partiyasında (YAP) tutduğu vəzifədən – İcra katibinin müavini postundan istefa verib.

ONN media  xəbər verir ki, Siyavuş Novruzovun adı bu gün YAP-ın saytındakı İcra katibliyi bölməsindən çıxarılıb.

Bu isə o deməkdir ki, patiya rəhbərliyi S.Novruzovun istefasını qəbul edib.

Hazırda YAP-ın saytındakı İcra katibliyi bölməsində 9 nəfərin adı var.

Xatırladaq ki, Siyavuş Novruzov Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə YAP ona töhmət vermişdi.

Daha sonra isə deputat xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunmuşdu. (modern.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png