ONN İnformasiya Agentliyi

Dünyada BİR İLK: Qatarlar süni intellektlə idarə ediləcək

Dünyada BİR İLK: Qatarlar süni intellektlə idarə ediləcək
02 Sentyabr 2020 - 9:23

“Rusiya Dəmir Yolları” ASC, insan faktoru səbəbindən baş verən qəzaların sayını minimuma endirmək üçün ilk dəfə ölkədə qatarların süni intellektlə idarə edilməsini sınaqdan keçirilməyə başlayıb. Hazırda bu texnologiya dünyanın heç bir yerində istifadə edilmir”.

ONN media  xəbər verir ki, bu barədə TASS-a “Cognitive Pilot” şirkətinin (Sberbank və Cognitive Technologies-in törəmə müəssisəsi) inkişaf üzrə direktoru Olga Uskova məlumat verib.

O bildirib ki, artıq 10 təcrübə lokomotivi hazırlanıb:

“Lokomotivlər “Rusiya Dəmir Yolların” sınaq üçün təqdim edilib. İndi məhsulun sertifikatlaşdırılması üçün sınaq mərhələlərindən biri davam edir. Əgər hər şey alınarsa, Rusiyanın dəmir yollarında təhlükəsizlik ciddi şəkildə dəyişəcək. Süni intellekt insan amilinə görə fövqəladə hadisələrin sayını minimuma endirməlidir. O, insana səhv etməyə imkan verməyəcək”.

“Snaqların keçirilməsi üçün şirkət tərəfindən “Cognitive Rail Pilot” kompleksi işlənib hazırlanıb. Bu, dəmir yolunda obyektləri, oxları, yolları, insanları, svetoforları və s.aşkar etməyə imkan verir”, – Olga Uskova əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png