ONN İnformasiya Agentliyi

Mnatsakanyan İSTEFA VERDİ

Mnatsakanyan İSTEFA VERDİ
16 Noyabr 2020 - 16:26

Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan vəzifəsindən istefa verib.

ONN media  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan özünün feysbuk səhifəsində bildirib.

Naqdalyan Mnatsakanyanın açıqlamasından görüntü də paylaşıb. Fotoda “Xahiş edirəm, istefamı qəbul edin. Etibarınız və ortaq işiniz üçün təşəkkür edirik” sözləri yazılmış ərizə əks olunub.

Qeyd edək ki, bir neçə dəqiqə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində Ermənistan xarici işlər nazirini istefaya göndərmək qərarına gəldiyini elan edib.

İstefanın Dağlıq Qarabağla bağlı olduğu bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png