ONN İnformasiya Agentliyi

Rusiya Şuşa və Xankəndinə humanitar YARDIM GÖNDƏRDİ

Rusiya Şuşa və Xankəndinə humanitar YARDIM GÖNDƏRDİ
22 Noyabr 2020 - 21:20

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın “Samur” sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.

ONN media xəbər verir ki, noyabrın 22-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı “Samur” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png