ONN İnformasiya Agentliyi

Vəziyyət o həddə çata bilər ki… – Hikmət Hacıyevdən XƏBƏRDARLIQ

Vəziyyət o həddə çata bilər ki… – Hikmət Hacıyevdən XƏBƏRDARLIQ
08 Dekabr 2020 - 15:28

“Azərbaycanda da koronavirusun yayılması müşahidə edilir. Bu da bizi narahat edir. Artıq hər birimiz deyə bilərik ki, yaxın qohumlarımızda, dostlarımızda yoluxma adi hal alır”.

ONN media  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, artıq koronavirusla bağlı qayadaların sərtləşdirilməsi istiqamətində təkliflər vardır:

“Hətta vəziyyət o həddə çata bilər ki, tibbi müdaxiləyə ehtiyacı olan şəxslər kənarda qala bilərlər. Bu gün ölkə üzrə xəstələrin sayı 56 mindən çox göstərilir. Evdə müalicə alanların sayı isə 48 min nəfər göstərilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png