ONN İnformasiya Agentliyi

“WhatsApp” istifadəçilərinin DİQQƏTİNƏ!

“WhatsApp” istifadəçilərinin DİQQƏTİNƏ!
08 Yanvar 2021 - 14:36

“WhatsApp” messencerinin yaradıcıları fərdi məlumatların “Facebook”a ötürülməsinə dair istifadəçi razılaşmasına yeni bənd əlavə ediblər.

ONN media  xəbər verir ki, artıq bu barədə şirkət tərəfindən istifadəçilərə xəbərdarlıq edilib. İstifadəçi müqaviləsinin mətnində qeyd olunur ki, “Facebook”a aid olan “WhatsApp” istifadəçi vərdişlərini və zövqlərini təhlil etmək üçün onlar haqqında lazımi məlumatları şirkətin bütün “tətbiqetmə ailəsi” ilə bölüşəcək.

“WhatsApp” bu yeniliyi şirkətin fərdi reklamları istifadəçi istəklərinə uyğunlaşdırmaq, xidmətlərini inkişaf etdirmək, həmçinin müştərilərə ən uyğun olan məzmun və şəxsi xidmətlər göstərmək üçün olduğunu izah edir. Bildirilir ki, sosial şəbəkələrin qarşılıqlı inteqrasiyası istifadəçilər üçün imkanları genişləndirəcək.

Xatırladaq ki, “Facebook” korporasiyasına həmçinin “Instagram” və “Facebook Messenger”i də daxildir. Şirkət tərəfindən toplanan məlumatlar coğrafi məkanı, sosial şəbəkələrdə aktivliyi və smartfona bu proqramların quraşdırılıb-pozulmasını əhatə edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png